Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb. Bu barədə İnsanoid Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
Son günlər yağan güclü yağışlardan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb. Hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub.
Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.