"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
Məlumata görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.
Ənənəvi qrafik üzrə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.