Bakı şəhərinin bir çox rayonlarında, xüsusilə də avtobus dayanacaqları və bankomatların yanında Azərbaycan xalqı adından Fransa senatı və xalqına ünvanlanmış petisiyaya dəstək çağırışını əks etdirən plakatlar yapışdırılıb. Bu barədə 1 noyabr tarixində AZfront məlumat yayıb.
Sözügedən plakatların üzərində bunlar yazılıb: “Özünü Azərbaycanlı hesab edən hər kəsə çağırış. Qoy Avropada səsimizi eşitsinlər! Biz birlikdə bir qüvvəyik! Nəyi və necə etmək ilə bağlı QR-koda daxil olun”.