Bakının NZS qəsəbəsi, Babək prospektində avtomobilin vurduğu 76 yaşlı qadın ölüb. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
25 yanvar tarixində saat 22:00 radələrində İsgəndərov Famil İsmayıl oğlu BMC markalı avtobusla NZS qəsəbəsində Babək prospekti istiqamətində hərəkətdə olarkən "Ulduz" marketinin qarşısında digər avtobusun ön tərəfindən yolu keçməkdə olan piyada, 1948-ci il təvəllüdlü Rzayeva İrina Georgiyevnanı ehtiyatsızlıqdan vuraraq xəsarət yetirib.
Qadın aldığı xəsarətlərdən 29 yanvar tarixində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.