Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 3 noyabr tarixində APA məlumat verib.
Hadisə Xocasən qəsəbəsində qeydə alınıb. İsrafil Mustafayev idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçən 1971-ci il təvəllüdlü Firəngül Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.