Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib. Bu barədə 1 fevral tarixində Bakı Dövlət Universiteti xəbər yayıb.
O, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuşdur. Məlumata görə, Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub.
Mərhum 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasını müvəffəq qiymətlərlə bitirmişdi.