Bakıda iki məhkum ölüb. Bu barədə 17 yanvar tarixində Lent.az xəbər verib.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən məhkumlar - Əlibaba Quliyev və Əli Məmmədov dünyalarını dəyişiblər.
Onların xəstəlikdən öldüyü iddia edilir.