Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə monitorinqlər aparıb. Bu barədə İnsanoid idarəyə istinadən bu gün, 21 dekabr tarixində xəbər verir.
Monitorinqlər 3-cü, 6-cı, 7-ci, 8-ci siniflərdə bir dəfə, 9-cu siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə aparılıb.
Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.
Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.