Bakının 51 sinfi qəbul imtahanlarında yüz faizlik nəticə göstərib. Bu barədə İnsanoid bu gün, 4 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.
Bundan başqa, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.