Bakıda mənzildə 1 nəfərin meyiti aşkarlanıb. Bu barədə 12 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.