Mayın 7-də Bakı şəhərində keçiriləcək “Bakı Marafonu - 2023” ilə əlaqədar olaraq tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 24 müntəzəm marşrutun avtobusunun hərəkət sxemi dəyişdiriləcək. Bu barədə 5 may tarixində APA Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verib.
Bunlara E1, M3, H1, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 61, 65, 88, 120, 125, 149, 175 və 205 nömrəli marşrutlar daxildir.