Bu gün, noyabrın 6-da Bakı Metropoliteninin yaranmasından 55 il ötür. Bakı metropoliteni Türk, İslam ölkələri və Yaxın Şərqin ilk metro nəqliyyatıdır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metronun 5 stansiyası — Bakı Soveti (İçərişəhər), 26 Bakı Komissarı (Sahil), 28 Aprel (28 May), Gənclik və Nəriman Nərimanov stansiyaları istismara verilir. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi.
Hazırda Metropolitenin ümumi uzunluğu təxminən 40 kilometr olan 3 xətdən, 26 işləyən və dörd tikilən stansiyadan ibarətdir. Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir.