“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Bu barədə Report 28 avqust tarixində xəbər verib.
İşdən çıxarılmasına səbəb kimi qatarı idarə edərkən onun mobil telefondan istifadə etməsi göstərilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib:
“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.