2023-cü ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 544 min 830-u güzəştli olmaqla, 21 249 687 sərnişin daşıyıb. Bu barədə 9 yanvar tarixində Report səhmdar cəmiyyətinə istinadən bildirib.
Orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin daşınıb. Ay ərzindəki iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.
Ən çox sərnişin dekabrın 4-də, ən az sərnişin isə dekabrın 17-də daşınıb.
“2023-cü ildə ən çox sərnişin dekabr ayında daşınıb”, - məlumatda qeyd olunub.