top
Bakı metrosu yanvarın 20-də iş rejimini dəyişəcək
17 yanvar 2024, 23:43
- +

Bakı metrosu yanvarın 20-də iş rejimini dəyişəcək

20 Yanvar faciəsinin ildönümü günü "Bakı Metropoliteni" QSC-də silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək. Bu barədə 18 yanvar tarixində Report məlumat verib.

Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.

Metropolitenin kollektivi gün ərzində şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanları arasında olan iki metropolitençinin - İlqar QarayevƏflatun Kazımovun xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını ziyarət edəcək.

Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər deyəcək.

“20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Bütün Xəbərlər
Bu gün, 15:12

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
Bu gün, 12:24

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində qərar elan olunub - YENİLƏNİB - FOTO

Bütün Xəbərlər
Bu gün, 11:52

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

Bütün Xəbərlər
Bu gün, 11:45

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün Xəbərlər
Bu gün, 10:59

Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA

Bütün Xəbərlər
Bu gün, 10:41

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
Dünən, 17:02

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün Xəbərlər
Dünən, 16:43

Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ edib

Bütün Xəbərlər
Dünən, 15:49

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
Dünən, 14:42

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Bütün Xəbərlər
Dünən, 14:13

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün Xəbərlər
Dünən, 10:50

Amerikada yaşayan türkəsilli tədqiqatçı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Bütün Xəbərlər
Dünən, 10:10

MİQ üzrə vakansiya seçimi başladı

Bütün Xəbərlər
04 avqust 2026, 14:33

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Bütün Xəbərlər
04 avqust 2026, 14:31

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Yerli xəbərlər
04 avqust 2026, 13:40

Naxçıvanda kadr dəyişiklikləri baş tutub

Bütün Xəbərlər
04 avqust 2026, 11:42

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Bütün Xəbərlər
04 avqust 2026, 11:22

Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcəklər

Bütün Xəbərlər
04 avqust 2026, 09:50

DMX: Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb

Bütün Xəbərlər
03 avqust 2026, 17:31

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız gedə bilərsiniz - SİYAHI

Bütün Xəbərlər
03 avqust 2026, 16:48

Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Bütün Xəbərlər
03 avqust 2026, 16:07

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Bütün Xəbərlər
03 avqust 2026, 16:04

Qisas əməliyyatından 4 il ötür

Oxşar xəbərlər