top
Bakı metrosunda daha 4 güclü ventilyator və 6 dempfer quraşdırılıb
09 iyun 2023, 05:52
- ↺ +

Bakı metrosunda daha 4 güclü ventilyator və 6 dempfer quraşdırılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı Metropoliteni" QSC-də daha 4 yeni ventilyatorun və 6 dempferin quraşdırılması işləri başa çatdırılıb. Bu barədə Report məlumat verib.

Daha iki köhnə ventilyatorun yeni nəsil analoqları ilə əvəzlənməsi istiqamətində işlər həyata keçirilir. 2022-2023-cü illərin planına uyğun, "VOM 24-R" tipli 75 kVt və "VOM 20" tipli 55 kVt gücə malik havalandırma qurğuları stansiya və tunel şaxtaları üçün nəzərdə tutulub. Hazırda 4 ventilyator "Əhmədli - Həzi Aslanov" mənzili, "Cəfər Cabbarlı" və "Xətai" (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun "Əhmədli - Həzi Aslanov" və "Qara Qarayev - Neftçilər" mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.

Yeni ventilyatorlar quraşdırılmazdan əvvəl köhnəsi sökülməklə beton özül təbəqəsi dağıdılır. Daha sonra quraşdırılacaq ventilyatorun texniki tələblərinə uyğun yeni təməl meydança yaradılır. Bu zaman ventilyatorun maksimum faydalı işləməsi üçün özül təbəqənin hündürlüyü müvafiq standartlara uyğunlaşdırılır. Yalnız bundan sonra yeni ventilyator quraşdırılır.

Yeni ventilyatorların tətbiq edildiyi sahələrdə havanın hərarəti 3 dərəcəyədək aşağı salınıb.

Dempferlərin tətbiqinə isə 2019-cu ildən başlanılıb. 2022-2023-cü illərin planına uyğun olaraq, hündürlüyü 2, eni 2.5 m olan dempferlər "Azadlıq prospekti", "Xalqlar dostluğu", "Neftçilər", "Nərimanov", "Gənclik" və "Əhmədli" stansiyalarının şaxtalarında qurulub.

Quruluşca sadə olan dempferlər təbii hava axınının tənzimlənməsi və düzgün yönləndirilməsində, həmçinin bu imkanlardan geniş istifadə olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər