Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb. Bu barədə 26 dekabr tarixində Report “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verib.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərə başlanılıb.
“İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.
Qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib.
“İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları keçiriləcək. Həmçinin “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.
[gallery link="file" columns="1" size="full" ids="156690"]