Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb. Bu barədə 27 noyabr tarixində Report məlumat yayıb.
Gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib.
Sərnişinlərin sözlərinə görə, bəzi qatarlar gecikib, bir neçəsi isə sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.
Hazırda gecikmənin hansı səbəbdən baş verməsi araşdırılır.
"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüblər. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır", - deyə Bakı Metrosunun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib.