Ən qısa zamanda, bir həftə ərzində metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq. Bu barədə APA 10 iyun tarixində xəbər verib.
“K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib:
“Digər metro stansiyalarında da texniki işləri (köhnə avadanlıqları QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq”.
Metro stansiyalarında QR kodla ödəniş "BakıKart”ın yeni tətbiqi vasitəsilə mümkün olacaq.