"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb. Bu barədə Report 28 fevral tarixində xəbər verib.
"Bakı Metropoliteni" QSC-dən bildirilir ki, qatar əlavə texniki baxış tələb etdiyindən sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb.
Nəticədə intervaldan əlavə, bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.