Sabah Bakı metrosunun “Gənclik” stansiyası gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə 9 avqust tarixində “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Avqustun 10-da “Qarabağ” FK-nın Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədar stadionun yaxınlığında yerləşən “Gənclik” metro stansiyasının iş rejiminə dəyişiklik ediləcək.
Qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş rejim tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək, stansiyadan stadiona yollanacaq sərnişinlər yönləndiriləcək, tənzimləmə işləri görüləcək.
Oyun başa çatdıqdan sonra arenadan gələn sərnişin axınının tənzimlənməsinə və nizamlı hərəkətinin təşkilinə diqqət yetiriləcək. Qatarların hərəkəti intensivləşdiriləcək. Bu məqsədlə ehtiyat qatarlardan istifadə olunacaq.
Həmin gün “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək. Bu, “Neftçi” Futbol Klubunun “Neftçi Arena”da keçiriləcək beynəlxalq oyunu ilə bağlıdır.