top
Bakı metrosunun “Nərimanov” elektrik deposunda yeni xidmət sahəsi yaradılır
29 may 2024, 01:58
- ↺ +

Bakı metrosunun “Nərimanov” elektrik deposunda yeni xidmət sahəsi yaradılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı metropoliteninin “Nərimanov” elektrik deposunda təkərlərin vaqon altından çıxarılmadan yonulması məqsədilə yeni sahə yaradılır. Bu barədə İnsanoid “Bakı Metropoliteni” QSC-yə istinadən bu gün, 29 may tarixində xəbər verir.

Artıq ölkə xaricində istehsal olunan rəqəmli idarəetmə əsasında çalışan müasir dəzgah alınaraq sahəyə gətirilib. Buna qədər isə yeni sahənin qurulması istiqamətində tədbirlər görülüb. Bu məqsədlə müvafiq komissiya araşdırma aparıb və işin səmərəli qurulması üçün yer müəyyən olunub. “Nərimanov” deposunun şpal sexinin yeri dəyişdirilərək burada qatarın bütünlüklə daxil ola biləcəyi sex inşa olunur. Şpal sexi isə deponun yük terminalına köçürülərək burada normativlərə uyğun bütün şərait yaradılıb. Təkəryonma sexi üçün sahədə tikinti-quraşdırma, təməlqurma işləri başa çatmaq üzrədir.

Təkər cütləri vaqonların hərəkət hissəsinin ən əhəmiyyətli, eyni zamanda ən çox təsirlərə məruz qalan elementlərindən biridir. “Nərimanov” elektrik deposunda hazırda təkər cütlərinin yonulması KZTS qurğusunda aparılır. Qatar qaldırma təmir sahəsinə verilir, təkər cütləri vaqondan çıxarılır və təmir prosesinə cəlb edilir. Bu isə kifayət qədər vaxt aparan, işçi qüvvəsi və əmək sərfi olan bir prosesdir. Amma təkəri vaqonun altından çıxarmadan da bunu etmək mümkündür. Bu səbəbdən “Nərimanov” elektrik deposunun təkər təmirçilərinin yeni dəzgahı məhz məsələdə daha səmərəli olmaqla təmir müddətinin daha da qısa müddətdə aparılmasını təmin edəcək.

Aparılan təhlillər əsasında bu sahədə ən optimal avadanlıq kimi Türkiyənin “Drinler Sanayi Makineleri Endüstri ve Tic. Aş” şirkətinin istehsalı olan vaqonaltı təkəryonan dəzgah seçilib.

Dəzgahın istismar müddəti 10 ildən az olmayacaq. Bu müddət ərzində tədarükçü təşkilat metropoliteni ehtiyat hissələri ilə təmin edəcək. Quraşdırma və işəsalma işlərinin keyfiyyəti və qəbulu “Nərimanov” elektrik deposunun mütəxəssisləri ilə birgə aparılacaq.

Müqaviləyə əsasən, dəzgahın istehsalı zamanı işlərin gedişinə və keyfiyyətinə nəzarət etmək, həmçinin onun gətirilməsi və quraşdırılması ilə bağlı məsələləri dəqiqləşdirmək, detalları müzakirə etmək üçün metropolitenin istehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov Türkiyədə olub. Zavodda istehsal prosesinin yekunlaşdırılması ilə yanaşı, ona avadanlığın bütün istehsalı dövrünü əks etdirən məlumatlar təqdim edilib. Bununla yanaşı, İstanbulda N. Yusubov bu dəzgahın quraşdırıldığı depoların iş şəraiti ilə tanış olub. Səfər çərçivəsində qarşılıqlı fikir mübadiləsi, personalın hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu günlərdə sexin inşasında əsas işlər yekunlaşdırıldığından dəzgah, onun idarəetmə sistemləri və proqram təminatı Bakıya gətirilərək quraşdırma işlərinə başlanılıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər