top
Bakı metrosunun stansiyalarında havanın hərarəti və ölçülməsi rəqəmsallaşdırılır
31 may 2024, 02:19
- ↺ +

Bakı metrosunun stansiyalarında havanın hərarəti və ölçülməsi rəqəmsallaşdırılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Metropoliteni stansiyalarda havanın hərarəti və digər mikroiqlim parametrlərinin ölçülməsi və tənzimlənməsinin avtomatlaşdırılması sahəsində rəqəmsal sistemlərin tətbiqini planlaşdırır. Bu barədə Report 31 may tarixində xəbər verib.

Bunu "Bakı Metropoliteni" QSC-nin elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bu cür sistemlərin tətbiqinin öyrənilməsi istiqamətində işlər aparılır: “İyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək. 2023-cü ilin yay aylarından, Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılaraq, monitorinqin nəticələri əsasında tunellərdə mikroiqlim sisteminin vəziyyəti təhlil edilib. Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib”.

M. Qədirov bildirib ki, stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır: “Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində olmaqla Yaşıl və Qırmızı xətlərdə ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyalarda açıq sahələrin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə işçi qrupların müntəzəm monitorinqləri aparılacaq. Üfürmə prosesindən sonra müvafiq metroloji vasitələr və ölçmələrlə tunellərin mikroiqlim vəziyyəti, sanitariya normalarının tələblərinə uyğunluğu təhlil olunacaq. Qeyd edək ki, əvvəlki dövrün pilot xarakterli tədbirləri stansiyalarda havanın hərarətinin bir qədər də aşağı salınmasına təsirini təsbit edib. Bundan əlavə, tunellərin üfürülməsinin oksigenin və rütubətin miqdarı, tozluluq dərəcəsi və bir neçə digər əsas mikroiqlim parametri üzrə ölçmələr də nəzərə alınmaqla, metropolitendə bioloji mühitin daha da yaxşılaşdırılması imkanları nəzarətdə saxlanılacaq. Qeyd edilənlər tunel geyimi, avadanlıqlar və digər infrastrukturun iqlim şəraiti və yeraltı mühitin neqativ təsirlərindən mühafizəsi baxımından da effektlidir".

Baş mühəndis qeyd edib ki, stansiya və tunellərində son illərdə tətbiq edilmiş yeni və daha güclü ventilyatorlar sayəsində həmin sahələrdə havanın orta hərarəti 2-3, bəzən 4 dərəcəyə qədər aşağı salınıb: "Bundan başqa, təbii havalandırma imkanlarının genişləndirilməsi məqsədilə faktiki olaraq yenidən yaradılan dempfer sisteminin genişləndirilməsi işləri də müntəzəm davam etdirilir. Bakı metropolitenində havalandırma imkanları baxımından müsbət dinamikanın təmin edilməsi ilə bağlı tədbirlər davamlı görüləcək".

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər