“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə 20 iyun tarixində Report məlumat verib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.