Bakıda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əhməd Axundov şəxsi minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi divara çarpılıb.
Sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.