Bakıda parkda gənc qız komatoz vəziyyətinə düşüb. Bu haqda oktyabrın 26-da Milli.az xəbər verib.
Bakının Səbail rayonunda Molokan bağı kimi tanınan ərazidə huşsuz vəziyyətdə qız tapılıb. Belə ki, 1997-ci il təvəllüdlü Aslanova Aytən Namiq qızı yüksək dozada narkotik vasitə qəbul etdiyindən komatoz vəziyyətə düşüb.
O, Kliniki Tibbi Mərkəzə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin ona ilkin tibbi yardımından sonra xəstənin həyatı üçün təhlükə qalmayıb.