Fevralın 17-dən martın 17-nə kimi Bakı - Qəbələ - Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək. Bu barədə 8 fevral tarixində "Azərbaycan Dəmir Yolları" QSC xəbər verir.
Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.
Biletləri “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytı vasitəsi ilə əldə etmək olar.