Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA 12 iyun tarixində xəbər verib.
Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil yolu keçən 60 yaşlı Sədrəddin Rzayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.