Bakı-SDK (Bakı-Quba-Rusiya yeni avtomobil yolu) yolunda avtomobil aşıb, sürücü xəsarət alıb. Bu barədə 3 noyabr tarixində Report məlumat verib.
1971-ci il təvəllüdlü Həmidov Xaqani Nəsib oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çarpılaraq aşıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.