Sumqayıt şəhəri ərazisində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verib.
Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.