Bakı-Quba yolunda naməlum kişi meyiti tapılıb. Bu barədə APA 29 iyun tarixində xəbər verib.
50-60 yaşlarında kişi meyiti magistralın Şabranın Padar kəndi ərazisindən keçən hissəsində tapılıb. Onun avtomobil tərəfindən vurulduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.