Bakı-Quba yolunda yük maşını aşıb, nəticədə 2 nəfər dünyasını dəyişib. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Bəhruz Vaqif oğlunun idarə etdiyi yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb.
Sərnişin - Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.