Avqustun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə 22 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.
Bunun səbəbi həmin hissədə yerüstü piyada keçidinin tikilməsidir.
Agentlik sürücüləri qeyd olunan saatlarda avtonəqliyyat vasitələrini sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etməyə çağırıb.