Müğənni Şəbnəm Tovuzlunun təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil idarə etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya rəsmi açıqlama verilib. Bu haqda məlumatı Manset.az bu gün, 28 oktyabr tarixində verib.
Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yayılan görüntülərlə bağlı qanuni tədbir görüləcək:
“İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunurlar. O görüntü həmin şəxsin inzibati məsuliyyətə cəlb olunmasında əsasdır. Görüntü varsa, onun barəsində birmənalı olaraq, tədbir görüləcək. Çünki artıq inzibati xəta tərkibli əmələ sübuta yetirilən real fakt var”.
Qeyd edək ki, müğənni ona məxsus “Mercedes Galenwagen” avtomobilini idarə edərkən polis maşını onun yaxınlığından keçib. O, polis əməkdaşlarına da əhəmiyyət verməyib.