Qadının bank hesabından pul oğurlanıb. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər yayıb.
Hadisə paytaxt Bakıda qeydə alınıb. Şəhər sakininin hesabından 1020 manat oğurlanıb. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs kimi paytaxt sakini Rəsul Baxışlı saxlanılıb.
Araşdırma aparılır.