Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu kilometrlik hissəsində hər iki istiqamətdə olmaqla yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir. Bu barədə 3 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Bildirilir ki, işlər bir neçə gün davam edəcək.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.