Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik və 10-120-ci km-lik hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə 1 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sözügedən avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
İşlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun həmin hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Agentlik sürücüləri yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etməyə çağırır.