Bu gün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi "İsuzu" markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub.
Bu barədə 4 may tarixində Oxu.az məlumat verib.
Hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirmiş, azyaşlı qızı isə xəsarət almışdır.
Faktla bağlı araşdırma aparılır.
[playlist type="video" tracklist="false" ids="114811"]