Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay” və digər elektron ödəniş üsulları yenidən aktivləşdirilib.
Bu barədə 27 iyul tarixində "Azərbaycan Dəmir Yolları" QSC xəbər yayıb.
Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks-halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.