Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 23 dekabr tarixində xəbər verib.
Xırdalan qəbiristanlığının qarşısındakı yolda "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub.
Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.