Bakı-Sumqayıt yolunda yük maşını aşıb. Bu barədə Oxu.az 8 may tarixində xəbər verib.
Səhər saatlarında baş verən qəza səbəbindən sözügedən magistral yolda nəqliyyatın hərəkətində uzun tıxac yaranıb.
Qəza Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığındakı körpünün altında baş verib. Yoldakı tunelin divarına çırpılan yük maşını aşıb.
İlkin məlumata görə, ölən və yaralanan olmayıb.