Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.
Bu barədə İnsanoid Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bu gün, 24 noyabr tarixində məlumat verir.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil, hadisəni törədənin 28 yaşlı Röyal Abbaszadə olduğu aşkar edilib.
R.Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.