Bakıda yeraltı qarajlardan birində avtomobildən oğurluq etmək istəyən şəxs kameralara düşüb. Bu barədə İnsanoid bu gün, 19 iyun tarixində xəbər verir.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
“Nardin” hotelə məxsus yeraltı qarajda şəxsiyyəti naməlum olan şəxs “Tesla” avtomobilinin qapılarını açmağa cəhd göstərib.
İzləyicimizin verdiyi məlumata əsasən, avtomobilin arxa oturacağında “Macbook” kompüteri olub. Avtomobil sahibinin sözlərinə görə, həmin şəxs bu məqsədlə qapıları açmaq istəyib. Bu an avtomobilin təhlükəsizlik sistemi işə düşüb.
Həmin şəxs dəfələrlə əməlinə yenidən cəhd etsə də, istəyinə nail ola bilməyib.
Həmin görüntüləri sizə təqdim edirik:
View this post on Instagram