Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb. Bu barədə 21 iyun tarixində Report məlumat verib.
Paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.