Bakı və Yevlax sakinləri itkin düşüblər. Bu barədə Report 21 iyul tarixində xəbər verib.
Suraxanı rayonunun Binə qəsəbəsi Südçülük sovxozunun nömrəsiz ünvanında 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Bundan başqa, Yevlax rayon sakini, 65 yaşlı Həzrətfatma Nəbiyeva iyulun 16-sı saat 07:00 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.