Bakının Xəzər rayonunda vətəndaşa məxsus həyət evində suyun talanması faktı aşkarlanıb. Bu barədə 21 iyul tarixində Azərsu ASC məlumat yayıb.
Hadisə sözügedən rayonun Zirə qəsəbəsinin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
Həyət evinin sahibi Əbülfəz Əlizadə küçədə yerləşən və yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş hidrantdan həyətinə qanunsuz su xətti çəkib. “Azərsu” ASC-nin əməkdaşlarının diqqətindən yayınmaq üçün hidrantın üzərinə torpaq tökərək onu gizlədib. O, həyətində kustar üsulla yaratdığı sudoldurma məntəqəsində oğluna və digər 2 qonşusuna məxsus 3 sudaşıyan maşınla qanunsuz olaraq su satışı ilə məşğul olub.
Hidrant və vətəndaşa məxsus sudoldurucu məntəqə ləğv olunub.
Faktla bağlı akt tərtib edilib.
[gallery columns="1" link="file" size="full" ids="122808"]