Bakıda tıxacın müşahidə olunduğu küçələrin adları açıqlanıb. Bu barədə İnsanoid Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Qurumdan verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- 20 Yanvar dairəsində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Badamdar şosesi, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi və əsas yol, mərkəz istiqamətində;
- Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Zərifə Əliyeva küçəsində.