Bakıda Azneft dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205, 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə 7 aprel tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Dəyişikliyin səbəbi paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işlərinin aparılmasıdır. Görülən işlərlə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq. Nəticədə sözügedən marşrut xətləri üzrə hərəkət alternativ yollardan keçməklə təşkil ediləcək.