Bakıda məktəbli intihar edib. Bu barədə 1 may tarixində Milli.az məlumat verib.
Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı məhəllədə yerləşən "Piramida MTK"ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.