Bakıda "Savalan" yaşayış massivi - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişindaşımanı həyata keçirən 139 nömrəli müntəzəm marşrut xətti "Bakubus"a verilib.
Bu barədə Report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən bildirib.
İyulun 24-dən bu xətt üzrə daşımalar müasir avtobuslarla həyata keçiriləcək.